"Kiminsə yerinə göz dikmək planım yoxdur" - Tərlan Əhmədov

8 Mart 2020 20:35 Şamaxı 988
"Kiminsə yerinə göz dikmək planım yoxdur" - Tərlan Əhmədov

“Maraqlı oyun gördük. Bir tərəf top saxladı, digər tərəf əks-hücumlara ümid etdi”.

Sportinfo.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XX turunda “Qarabağ”la keçirilən oyun (0:2) barədə danışarkən deyib.

- “Qarabağ” bu gün layiqli qələbə qazandı. Oyunçularıma deyəcək sözüm yoxdur. Əsas heyətin 3 oyunçusu yox idi. Amma Azər və Pərviz yaxşı təsir bağışladı. Oyunlar getdikcə ağırlaşır. Bu səhvlərdən nəticə çıxarmağa çalışmalıyıq”.

- Aleksandr Kristovao qol vura bilmir. Onun gördüyü iş sizi nə dərəcədə razı salır?

- İndi hiss olunur ki, komandaya uyğunlaşır. Onun iş əmsalı tam fərqlidir. Kristovao tam uyğunlaşmayıb. Bu gün potensialından aşağı səviyyədə çıxış etdi.

- Titoda geriləmə nə ilə bağlıdır?

- Tito 6-7 gün məşqlərdən uzaq qalmışdı, qripə yoluxmuşdu. Yaxın günlərdə onu meydanda görəcəksiniz.

- Ruslan Qurbanovu müdafiənin önündə oynatdınız. Buna səbəb nə idi? Həm də bu gün müdafiənizdə boşluqlar var idi.

- Ruslan hücumameyilli oyunçu kimi çıxış edirdi. Ruslan uzun müddət məşqlərdən uzaq qalıb. Kamaranı, Turalı əvəz edəcək yeganə futbolçu Ruslan idi. Amma o da tam hazır deyil. Ancaq bacardığı qədər işini gördü. O ki qaldı müdafiə xəttinə, dəyişiklik etsəydim, bəlkə də, daha böyük fəsad verə bilərdi. Bir oyuna görə, bütün futbolçuları mühakimə etmək olmaz. Komanda uduzursa, günah məşqçidədir.

- “Neftçi” ilə xal fərqi artıb. Onlara çatmaq şansınız nə dərəcədə realdır?

- Mən ikinci yeri tutacağımıza söz verməmişəm. Bizim hədəfimiz mükafatçılar sırasına düşmək və avrokuboklara yollanmaqdır. Bacardığımız qədər xal qazanmaq və 4-cü pillədəki rəqiblə fərqi qorumaq istəyirik.

- Qeyri-stabil nəticələr itkilərlə bağlı idi?

- Bizim tək istəyimiz avrokuboklara vəsiqədir. Düşünmürdüm ki, əsas heyətin 3 üzvü bu gün meydanda olmayacaq. Kamara və Turalın olmaması planımızı pozdu. Bəlkə elə 4-cü yerlə avrokuboklara yollanacağıq.

Digər Xəbərlər
Xəbər Lenti