"Bakı"nın keçmiş bazasının yeni müştəriləri var?

20 Noyabr 2019 10:38 Şamaxı 1 189
"Bakı"nın keçmiş bazasının yeni müştəriləri var?

Xəbər verdiyimiz kimi, Biləcəri Futbol Mərkəzi ilə bağlı qərar dəyişib. Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən kompleks təyinatı üzrə fəaliyyətini davam etdirəcək.

Halbuki bir müddət əvvəl idman qurğusunun bağlanacağına dair istitadəçi klublara xəbərdarlıq olunmuşdu. "Zirə", "Tufan", "Qəbələ" və başqa komandalara buranı təkr etmək üçün vaxt verilmişdi.

Son qərara əsasən, baza ilin sonunadək istifadədə olacaq. Gələn ilin yanvarında isə "Bakı"nın keçmiş bazasının yeni sahibləri obyektin gələcək aqibətini müəyyənləşdirəcək.

Sportinfo.az-a komplekslə bağlı yeni məlumat daxil olub. Bazanın fəaliyyətini daha bir müddət təyinatı üzrə davam etdirəcəyi gözlənilir. Lakin bu müddətin nə qədər olacağı dəqiq deyil.

Digər versiya isə ondan ibarətdir ki, futbol mərkəzi bu ayın sonunda bağlana bilər. Təbii, bu, olduqca zəif ehtimaldır. Amma istənilən halda yeni ilin ilk aylarında məsələyə böyük ölçüdə aydınlıq gələcək.

Redaksiyamıza daxil olan məlumata görə, bir neçə tikinti şirkəti buranı almağa maraq göstərib. Həmin ərazidə böyük yaşayış kompleksi salmaq məqsədilə. Qeyri-müəyyən səbələrdən bu məsələ açıq qalıb.

AFFA da vaxtilə «Bakı»nın bazası kimi fəaliyyət göstərmiş kompleksə biganə deyil. Federasiya mərkəzi öz balansına keçirib, sonradan «Keşlə»nin ixtiyarına verməyin yollarını axtarır. «Neftçi»ni «Bakcell Arena»da, «Sumqayıt»ı «Kapital Arena»da, «Səbail»i «ASCO Arena»da yerləşdirdiyi kimi. "Keşlə" isə «ASK Arena»da kirayənişindir. Sözügedən stadion Azərbaycan Sənaye Koorparasiyasının balansındadır və klub ona aylıq icarə haqqı ödəyir.

Digər Xəbərlər
Xəbər Lenti