“Əlimizdə olanlar getdi, həddindən artıq gecikirik”

22 İyun 2022 20:00 Şamaxı 1 271
“Əlimizdə olanlar getdi, həddindən artıq gecikirik”

“Yerli futbolçu qıtlığı var, əlimizdə olanlar getdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın baş məşqçisi Rüstəm Əliyev deyib.

Tezliklə Cavid Hüseynovla əvəzlənməsi gözlənilən çalışdırıcı komandanın hazırkı vəziyyəti haqda bunları söyləyib:

“Məşqlərə nə vaxt başlayacağımız bilinmir. Açığı, həddindən artıq gecikirik. Danışıq apardıqlarımız da başqa klublarla anlaşdılar.

Legionerlərlə bağlı da eyni problem yaşandı. Məsələn, Felipe Santosla razılaşmaq ərəfəsində belə vəziyyət yarandı və o da "Qəbələ"yə keçdi.

Yeni rəhbərliyi gözləyirik. Bəlkə bu həftə bir xəbər çıxar".

Digər Xəbərlər
Xəbər Lenti