Azərbaycan klubuna lazım olmadı, BƏƏ-yə yollandı, 6 aylıq müqavilə bağladı - FOTO

15 Yanvar 2022 17:00 Şamaxı 1 314
Azərbaycan klubuna lazım olmadı, BƏƏ-yə yollandı, 6 aylıq müqavilə bağladı - FOTO

Anatoli Abanqın futbolsuz günləri başa çatıb.

“Keşlə” ilə müqaviləsinin müddəti ötən ay başa çatan hücumçu özünə yeni iş yeri tapıb.

Kamerunlu forvard BƏƏ klubu ilə müqavilə bağlayıb. Yayda Azərbaycanlı xanımla ailə quran futbolçu karyerasını “Əl-Bataeh”də davam etdirəcək.

Abanq Birinci Liqada mübarizə aparan klubla 6 aylıq anlaşıb.

Anatoli Abanq 2021-ci il yanvardan dekabra qədər “Keşlə”nin şərəfini qoruyub. Bu komandada Azərbaycan Premyer Liqasında və Azərbaycan kubokunda meydana çıxdığı 28 oyunda 5 qola imza atıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti