“Qarabağ”da elə futbolçu yoxdur, amma bizdə...”

19 Noyabr 2021 16:00 Şamaxı 1 114
“Qarabağ”da elə futbolçu yoxdur, amma bizdə...”

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı turun ilk günündə bir matç baş tutacaq.

Çempionatın lideri “Qarabağ” “Keşlə”ni qəbul edəcək. Qurban Qurbanovun komandası izləyiciləri ilə xal fərqini daha da artırmaq üçün meydana çıxacaq.

Ötən tur “Neftçi”yə qalib gələn Sənan Qurbanovun drujinası növbəti sensasiya üçün mübarizə aparacaq. Bakılılar turnir cədvəlində daha bir pillə irəliləmək üçün meydanı qələbə ilə tərk etməlidir.

“Köhlən atlar”ın yerli və əcnəbi futbolçuları millilərin düşərgəsindən qayıdıb. Yorğunluğun hansısa mənada özünü göstərəcəyi şübhə doğurmur.

Bununla yanaşı, Konfrans Liqasındakı təmsilçimiz növbəti həftənin cümə axşamı Bakıda “Omoniya”nı qəbul edəcək.

Bu məqamları “Keşlə”nin xeyrinə işləyə biləcək amil kimi nəzərə almaq olar?

Sənan Qurbanovun Sportinfo.az-ın əməkdaşının bu haqda sualını bu cür cavablandırıb:

“Xeyr, zərrə qədər də xeyri ola bilməz bizə. Əvvəla ona görə ki, “Qarabağ”ın futbolçuları illərdir sıx qrafik altında oynayır.

Fiziki və psixoloji baxımdan buna alışqandırlar. Digər tərəfdən, heyətləri genişdi ki, hətta hansısa mənada problemi olan futbolçunu digəri layiqincə əvəzləyə bilir.

“Qarabağ” klub və komanda olaraq “böyüyüb”. Çempionatın gedişində nələrin baş verəcəyini yayda nəzərə alaraq, yola çıxıblar.

Yorğunluqdan danışırıqsa, bizdə də milli üzvləri var. Azər Salahlı millinin hər iki qarşılaşmasında çıxış etdi.

“Qarabağ”da elə futbolçu yoxdur, amma bizdə Turan Vəlizadə iki gün öncə U-21-in heyətində 10 kilometr qaçıb.

Stanislav Namaşko da Moldova millisində 90 dəqiqə forma geyinib. Şəhriyar Əliyevin cəza səbəbindən bu oyunda forma geyinməməsi bizi üzür”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!