"Heç nədən qorxum yoxdur, iİstefa lazım olsa, edəcəm"

19 Sentyabr 2021 20:35 Şamaxı 1 155
"Heç nədən qorxum yoxdur, iİstefa lazım olsa, edəcəm"

“Hər dəfə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir".

Sportinfo.az xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

“Bakcell Arena”da son çempionun qonağı olan qəsəbə təmsilçisi 0:3 hesablı məğlubiyyətə üzülüb.

Oyunsonrası mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib:

“Belə start gözləmirdik ki, 4 oyundan sonra xalsız qalaq. Bəlkə məşqlər bizi aldatdı, bəlkə transferlərdə tələsdik. Avrokuboklar bizi tələsdirdi.

Təəssüf ki, səviyyə aşağı olan futbolçular gəldi. O pula daha yaxşısını almaq olardı. Bir az səbr edib başqa oyunçular gətirsəydim, bəlkə daha yaxşı olardı.

Getmək asandır. İnsan nəyəsə inanır, çalışırsan ki, bəlkə düzələr. "Neftçi" də olsa, uduzmaq təsir edir. Əlimizdə düşən şanslardan istifadə edə bilmirik.

Bu təzyiq üzərimizdə var. Qarşıdakı günlərdə nə olacaqsa olacaq".

Qurbanov istefanın gündəmdə olduğunu gizlətməyib: "Kuboku qazanandan sonra heç kim istefa barədə yazmırdı. Baş məşqçisiz necə kuboku qazanmaq olar?

Hər məşqçi başa düşür ki, məğlubiyyət artdıqca çemodan dolur. Futbolda təsadüf olmur. Kuboku da təsadüfən qazanmamışıq.

Rəhbərlik desə, hər zaman getməyə hazıram. İnsan düzəltməyə daha çox çalışmalıdır. İstefam gündəmdədir, burada təzminat söhbəti eləmirəm.

Sabah rəhbərlik deyə bilər ki, sağ ol, işimiz bura qədərdir. İşimdən tutub yapışmamışam. Heç nədə qorxum yoxdur. İstefa lazım olsa, edəcəyəm.

Bəlkə də, getməyim çıxış yoludur və ya əksinə. Yalvarıb burada qalmaq fikrim də yoxdur. Rəhbərlik nə əziyyət çəkdiyimi görür. Bəlkə də, rəhbərliyin yazığı gəlir ki, səhərdən axşama qədər əziyyət çəkir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı