"Bəzən hər şey istədiyimiz kimi olmur" - Sənan Qurbanov

3 May 2021 20:30 Şamaxı 815
"Bəzən hər şey istədiyimiz kimi olmur" - Sənan Qurbanov

"Sıx qrafiklə oynayırıq. Oyunçu dəyişmək şansımız azdır. Futbolçulara güc düşür. Kubokda 120 dəqiqə meydanda olduq. Bərpa olunmaq çətin idi. "Neftçi"də istedadlı oyunçular var. Belə hesabla uduzmaq bizi üzür. Oyunu təhlil edəcəyik.

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis qol imkanlarından yararlana bilmədiklərini söyləyib: "Futbolda əsəbi hallar olur. Bütün köməkçilər dəyərlidir. Hirsli vaxtımızda bir-birimizin yanındayıq. Kimə hirsləndiyimi xatırlamıram". Qurbanov görüş ərzində boşluqlar buraxdıqlarını sözlərinə əlavə edib: "Buna görə əsəbiləşmişdik. Bəzən hər şey istədiyimiz kimi olmur. Çalışacağıq ki, səhvlər komandaya mənfi təsir etməsin. Pozitivliyi qorumalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti