“Sportinfo“nun yazdığı gerçəkləşdi, Qurbanov gətirildi

25 Yanvar 2021 11:40 Şamaxı 975
“Sportinfo“nun yazdığı gerçəkləşdi, Qurbanov gətirildi

“Keşlə”nin baş məşqçi vəzifəsinə təyinat gerçəkləşib.

Paytaxt təmsilçisinin rəsmi saytı Sportinfo.az-ın dünən yaydığı xəbəri təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/kesle/104300.html).

İdarə Heyətinin qərarına əsasən, Yunis Hüseynovdan alınan kollektiv Sənan Qurbanova tapşırılıb. 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Sənan Qurbanov 2018/2019 mövsümündə və 2019/2020 mövsümünün əvvəllərində "Qəbələ”nin baş məşqçisi olub. O, əyalət təmsilçisi ilə Azərbaycan Kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti