Premyer Liqa klubu: "Həmin pulla bu avtobusu almaq mümkün deyildi" - FOTOLAR

1 Mart 14:00 Kəpəz 1 222
Premyer Liqa klubu: "Həmin pulla bu avtobusu almaq mümkün deyildi" - FOTOLAR

"Kəpəz" üçün alınan avtobus kluba təhvil verilib.
Bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Avtobus əsas komandanın istifadəsində olacaq. Nəqliyyat vasitəsi Cənubi Koreyanın dünyaca tanınmış "Daewoo" şirkətinin istehsalıdır.

Avtobus klubun rənglərinə uyğun formada bəzədilib, üzərində Kəpəz dağı əks olunub. Avtobus “Kəpəz 100k” layihəsi ndən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb.

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri bununla bağlı Sportinfo.az-a maraqlı açıqlama verib.

O, avtobusun alınmasına 200 min manata yaxın vəsait xərcləndiyini, həmin məbləğin daxili imkanlar hesabına toplandığını bildirib:

“Futbolun İnkişaf Fondunun (FİF) bu məsələdə bizə köməyi dəydi. “Kəpəz 100k” layihəsi çərçivəsində müəyyən qədər pul yığılmışdı.

Həmin pulla bu avtobusu almaq mümkün deyildi. Yaxınların, dostların köməyi ilə istəyimizə çatdıq.

Bu, çoxdankı arzumuz idi. “Kəpəz“ indi yalnız məşqçi və futbolçulardan ibarət deyil.

Biz klub olmaq yolunda gücümüz çatan bütün addımları atırıq. Ofisimiz, bazamız var, iş prosesində nizam-intizam yarada btlmişik

. Ən qısa müddətdə akademiyanın da açılışını edəcəyik. Allah qoysa, ilin sonuna kimi infrastrukturumuz tam qurulacaq.

Stadion da tikilib qurtarandan sonra “Kəpəz“ əsl klub kimi fəaliyyət göstərəck“.

Digər Xəbərlər
Xəbər Lenti