Mübahisə zamanı bıçaq yarası alan futbolçu AÇIQLAMA VERDİ Kİ...

7 Aprel 09:00 Kəpəz 1 297
Mübahisə zamanı bıçaq yarası alan futbolçu AÇIQLAMA VERDİ Kİ...

"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev yaxın müddətdə məşqlərə başlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a yarımmüdafiəçinin özü məlumat verib.

O, daha əvvəl komanda ilə birgə məşqlərə martda qoşulmalı olduğunu, lakin prosesin uzandığını bildirib:

"İnşallah, yaxın vaxtlarda komandanın düşərgəsinə qayıdacağam. Şükürlər olsun ki, artıq sağalıram.

Kollektivə qoşulmağı səbirsizliklə gözləyirəm. Məşqlərdə iştirak edib, "Kəpəz"ə faydalı olmaq istəyirəm".

"Kəpəz" Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə