”Qarabağ”a görə qapını döydülər, daha 500 manat istədilər

09:40 Kəpəz 244
”Qarabağ”a görə qapını döydülər, daha 500 manat istədilər

“Kəpəz”in futbolçuları klub rəhbərliyinin qapısını döyüb.

”Sarı-göylər” Premyer Liqanın 20-ci turunda ”Qarabağ” üzərində qazanılan qələbəyə görə ayrılan mükafatın məbləğinin bir qədər artırılmasını xahiş ediblər.

Onların istəyi budur - hər nəfərə görə 500 manat əlavə olunsun.

Gəncə təmsilçisi Yevlaxda keçirilən matçda 1:0 hesabıyla qalib gəlib.

Fərid Nəbiyevin ilk hissədə vurduğu qolla məqsədinə çatan «Kəpəz» turnir cədvəlində xallarının ümumi sayını 21-ə çatdırıb və çempionatda qalmaq şansını artırıb.

Yönətim bu münasibətlə əsas heyət üzvlərinin hər birinə 3500 manat mükafat vəd edib.

Oyunçular isə mövsüm ərzində artıq ikinci dəfə «Qarabağ»a qalib gəldikləri üçün daha artıq «ənam» umur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti