Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. İclasda Misli Premyer Liqasında 25-ci turunun “Kəpəz” – “Qarabağ” oyunudakı 1:0() qayda pozuntusu ilə bağlı qərar qəbul edilib.
Matçdan əvvəl və matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Kəpəz” 6500 manat cərimələnib.

