“Kəpəz” Donald Donqo ilə yollarını ayırıb.
“Sarı-göylər”in baş məşqçisi Azər Bağırov 22 yaşlı yarımmüdafiəçiyə ehtiyac duymayıb.
Afrikalı legionerin adı klubun rəsmi saytında qalsa da, Peşəkar Futbol Liqasındakı iştirak ərizəsindən çıxarılıb.
Donqo Kresus Donald ötən ilin avqustunda “Kəpəz”ə keçmişdi. Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi yalnız cari mövsümün ilk yarısında 10 oyunda (360 dəqiqə) meydanda olub.
Ötən yay BATE-dən gəlmiş afrikalının müqaviləsinin 2026-cI ilin iyununda bitəcəyini xatırladaq.
O, növbəti 6 ayın maaşının tamamilə ödənilməsini tələb edirdi. Odur ki, müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq çağırışını qəbul etməkdən boyun qaçırmışdı.
Donqonun məvacibinin 2000 dollar olmasını da diqqətinizə çatdıraq. Problem onun menecerinin işə qarışmasıyla həllini tapıb.
Belə ki, əcnəbinin agenti maliyyə məsələlərini öz üzərinə götürüb və müştərisini razı salıb. Demə, o, klubun əvvəlki rəhbərliyi ilə şərti şumda kəsib:
Donqonun Azərbaycanda oynaması üçün 20 min dollar ödəyib. Həmin məbləğ isə maaş şəklində vingerin özünə qaytarılıb.
SPORTİNFO.AZ


