«Kəpəz» yeni mövsümün hazırlıqlarına start verib.
Premyer Liqada qalmaq vəzifəsini öhdəsindən gəlmiş kimi görünən «sarı-göylər» transfer bazarında hərəkətə gəlib.
Gəncə təmsilçisi 3 nigeriyalını Azərbaycana dəvət edib. Afrikalı trio iyun-iyul aylarında ölkəmtzə gələcək və baxışdan keçəcək.
Onları komandanın məşqçisi Araz Bağırov bəyənib. Azər Bağırovun köməkçisi olan qardaşı bu oyunçuları izləmək üçün Nigeriyaya səfər edib.
Beş gün ərzində Laqos şəhərində qalan mütəxəssis bir neçə oyunu canlı izləyib.
Onun gözaltı etdiyi gənclər 2008-c\i il təvəllüdlüdür. Bağırovun rəğbətini qazanan futbolçular müdafiə, dayaq yarımmüdafiəçisi və sol cinah vingeri mövqeyində çıxış edir.
Həmin üçlük bir neçə həftə Azərbaycanda qalacaq və əsas komandanın hazırlığında iştirak edəcək. Tərəflər arasında uzunmüddətli müqavilənin imzalanması gözlənilir.
SPORTİNFO.AZ

