«Kəpəz» Premyer Liqanın 25-ci turunda sensasiyaya imza atdı.
Yevlaxda «Qarabağ»ı qəbul edən «sarı-göylər» 1:0 hesablı qələbə qazandı.
Yeganə qolu ilk hissənin sonunda Fərid Nəbiyev qonaqların qapısından keçirdi.
Gəncəli azarkeşlər bu matçda da doğma komandalarını tək buraxmayıb.
Yüzlərlə fanat bu məqsədlə Yevlaxa təşrif buyurub. Onların stadiona gəlrəkən qeydə alınan görüntüləri sosial şəbəkələrdə yayılıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

