"Qarabağ"ı "yıxan" adam hər şeyi "Sportinfo"ya danışdı

16:05 Kəpəz 161
"Qarabağ"ı "yıxan" adam hər şeyi "Sportinfo"ya danışdı

"Kəpəz"in yarımmüdafiəçisi Fərid Nəbiyev Premyer Liqanın 25-ci turunda "Qarabağ"ı məğlub etdikləri görüşdən (1:0) sonra Sportinfo.az-a müsahibə verib.

- Fantastik qələbə qazandınız. Nələr deyə bilərsən?

- Oyuna yaxşı hazırlaşmışdıq. Fikrimcə, çox maraqlı matç alındı. "Qarabağ"ın adı özü bizim üçün motivasiyadır. Çalışdıq ki, onlara qarşı layiqli mübarizə aparaq. Şükür Allaha, qol vurduq və hesabı qoruyub-saxlaya bildik. Son iki oyunda qələbəni əldən vermişdik. Amma "Qarabağ"la matçda istədiyimiz nəticəni əldə edə bildik.

- Belə dönəmdə milli fasilə yerinə düşmədi deyə bilərik?

- Əlbəttə, ola bilsin ki, belədir. Çünki son dörd oyunda çox yaxşı nəticə göstəririk. Bəlkə də istirahət daha da yaxşı olacaq, bəlkə də başqa cür təsir edəcək. Görəcəyik. Qarşımızda 4 çətin oyun olacaq. Çünki yaxın rəqiblərlə oynayacağıq. Biz Premyer Liqada qalmağı, daha üst yerlərə çıxmağı fikirləşirik.

- Mövsümə Azər Bağırovla başlasaydınız, indi daha yaxşı nəticələr ola bilərdi?

- Bu barədə mənim nəsə deməyim düzgün olmazdı. Rəhbərliyin qərarıdır. Şükür Allaha, hər şey indi istədiyimiz kimi gedir.

- Bundan sonra hədəf nədir? Demək olar ki, komanda liqada qalmağı təmin edib...

- Əlbəttə, biz liqada qalmağı və daha üst pillələrə yüksəlməyi hədəfləyirik. Allah qoysa, davamını gətirərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti