“Qarabağ”la matçda SENSASİYA etdilər, gəlirləri BÖYÜK oldu

21:40 Kəpəz 361
“Qarabağ”la matçda SENSASİYA etdilər, gəlirləri BÖYÜK oldu

Premyer Liqanın 25-ci turunun ən böyük sürprizinə imza atan «Kəpəz»in futbolçularına ödədiyi mükafatın məbləği məlum olub.

Gəncə təmsilçisinin rəhbərliyi «Qarabağ»la matçın iştirakçılarına 3500 manat ödəmə edib.

Bu məbləğ əsas heyətdə meydana çıxanlara aiddir.

«Sarı-göylər» Yevlaxda keçirilən qarşılaşmanı 1:0 hesabıyla qazanıb. Yeganə qolu ilk hissənin sonunda Fərid Nəbiyev vurub.

«Kəpəz» bu qalibiyyət sayəsində Premyer Liqada qalmaq imkanlarını bir xeyli yaxşılaşdırıb.

Azər Bağırovun çalışdırdığı kollektiv turnir cədvəlinin 10-cu pilləsində yer alıb və alt sıradakı «Qəbələ»ni artıq 5 xal qabaqlayır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti