“Qarabağ”da ŞOK! - VİDEO

21 Mart 00:30 Kəpəz 1 163
“Qarabağ”da ŞOK! - VİDEO

Azərbaycan Premyer Liqasının XXV turunda “Kəpəz” və “Qarabağ” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan görüş “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi matçda yeganə qolu 45-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Fərid Nəbiyev vurub.

Beləliklə, bu, cari mövsüm “Kəpəz”in “Qarabağ” üzərində həm də ikinci qələbəsi olub.

Bu nəticədən sonra Azər Bağırovun kollektivi isə 21 xalla turnir cədvəlinin 10-cu pilləsində, Qurban Qurbanovun komandası 52 xalla 2-ci pilləsində, qərarlaşıb.

"Kəpəz" - "Qarabağ" 1:0

Yevlax şəhər stadionu, 5000 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Tərlan Talıbzadə
Dördüncü hakim: Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Ehtiram Şahverdiyev, 38 (qeyri-idman hərəkəti); Yusif İmanov, 80 (oyunun bərpasının ləngidilməsi); Camal Cəfərov, 90+7 (qeyri-idman hərəkəti) // Marko Yankoviç, 38 (qeyri-idman hərəkəti); Pedro Bikalyo, 48 (qeyri-idman hərəkəti)
Qol: Fərid Nəbiyev, 45+1
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 7 dəq.

“Kəpəz”
33. Yusif İmanov
7. Ehtiram Şahverdiyev
(6. Camal Cəfərov, 45)
77. Fərid Nəbiyev
5. Rauf Hüseynli
11. Rəhman Hacıyev
(17. Ümid Səmədov, 71)
9. Luis Paçu
29. Dioqo Verdaska (k)
24. Olavale Onanuqa
12. Mahamadu Ba
(88. Şakir Seyidov, 71)
14. Adama Fofana
4. Mate Abuladze
Ehtiyat oyunçular:
22. Məmməd Hüseynov
81. Elgün Bayramov
99. Əli Səmədov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
21. Sadiq Şəfiyev
80. Şahnur İsmayılov
30. Ruslan Quliyev
Baş məşqçi: Azər Bağırov

“Qarabağ”
99. Mateus Koxalski
44. Elvin Cəfərquliyev
(11. Emmanuel Addai, 82)
10. Abdullah Zubir (k)
81. Kevin Medina
8. Marko Yankoviç
(9. Joni Montiel, 62)
20. Kadi Borqes
2. Mateus Silva
18. Dani Bolt
(27. Toral Bayramov, 62)
15. Leandro Andrade
35. Pedro Bikalyo
(22. Musa Qurbanlı, 62)
17. Kamilo Duran
Ehtiyat oyunçular:
97. Fabian Buntiç
89. Amin Ramazanov
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
32. Hikmət Cəbrayılzadə
21. Aleksey Kaşuk
24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti