Azərbaycanda futbolçu az qala ölümdən döndü, görənlər “kor” oldu - VİDEO

11:05 Kəpəz 148
Azərbaycanda futbolçu az qala ölümdən döndü, görənlər “kor” oldu - VİDEO

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «Kəpəz» yalnız rəqibləri ilə «döyüşmür».

Gəncə təmsilçisi həmçinin hakimlər tərəfindən onlara elan edilməmiş «müharibə»nin içindədir.

«Sarı-göylər» 24-cü turda da «fit sahibləri»nin qərəzloi münasibətindən əziyyət çəkib. Belə ki, Yevlaxda keçirilən qərb derbisində «Turan Tovuz»la üz-üzə gələn «Kəpəz»in yarımmüdafiəçisi Rauf Hüseynli az qala ölümdən dönüb.

Hadisə matçın 18-ci dəqiqəsində qeydə alınıb. «Turan»ın hücumçusu Jo Batista onun sinəsinə diziylə zərbə endirib.

Epizod Tural Qurbanov braziliyalı forvardun kobud hərəkətini görməzdən gəlib. Referi «sambaçı»ya nəinki qırmızı, heç sarı vərəqə də göstərməyib.

Qəribədir ki, VAR otağında əyləşən hakimlər də Batistanın təcavüzkar davranışına göz yumub.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti