Premyer Liqanın 24-cü turu çərçivəsində “Kəpəz” Yevlaxda “Turan Tovuz”u qəbul edir.
Qərb derbisini izləmək üçün Gəncə və Tovuzdan 500-ə yaxın azarkeş Yevlaxa təşrif buyurub.
Nizami yurdunun köklü klubuna könül verən “Xəmsə”nin tərəfdarlarının arenaya daxil olması ətrafdakıların marağına səbəb olub.
Şüarlarla irəliləyən fanatlar müxtəlif bəstələr səsləndirməklə arenada xoş ab-hava yaratmağı bacarıb.
İşin maraqlı tərəfi “Xəmsə”nin arxasında klubun İdarə Heyətinin sədri Fərman Əlizadənin şəxsi avtomobilinin qərarlaşmasıdır.
Əlizadə stadiona daxil olan anda azarkeşlərin qrup halında addımladığını görüncə, sürətini azaldıb, qəza işıqlarını yandırıb.
Hər imkanda izləyəcə bilməyəcəyiniz görüntüləri təqdim edirik.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

