Azərbaycan klubu FİFA-ya şikayət etdi, 10 gün də qalmadı, müqavilə imzaladı

13:40 Kəpəz 246
Azərbaycan klubu FİFA-ya şikayət etdi, 10 gün də qalmadı, müqavilə imzaladı

Qış fasiləsində ölkəsi Braziliyaya gedərək Azərbaycana qayıtmaqdan imtina edən “Kəpəz”in müdafiəçisi Cefferson Bentu bir yerdə qərar tuta bilmir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi Avropanı tərk edib.

Halbuki o, fevralın son günlərində müqavilə ilə məxsus olduğu “Portimonense”yə dönmüşdü.

Cefferson Portuqaliyada heç 10 gün qalmayıb. Çünki müdafiəçi Braziliyada “Avai”a keçib. O, B Seriyası təmsilçisi ilə ilin sonuna qədər müqavilə imzalayıb.

“Kəpəz” isə düşərgəyə dönmədiyi üçün Ceffersondan FIFA-ya şikayət etmişdi. Ali futbol qurumu üç ay ərzində araşdırdıqdan sonra məsələ ilə bağlı qərarını açıqlayacaq.

“Kəpəz” Ceffersonu mövsümün əvvəlində “Portimonense”dən birillik icarəyə götürmüşdü.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti