«Kəpəz» Premyer Liqanın 23-cü turu çərçivəsində «Zirə»nin qonağı olacaq.
Premyer Liqada qalmaq istəyən Gəncə təmsilçisi səfər matçına 2 itki ilə çıxacaq.
Bu haqda saytımıza klubdaq məlumat verilib. r
edaksiyamıza daxil olan informasiyaya görə, Ryonosuke Ohori və Məqsəd İsayev meydana çıxa bilməyəcək.
Yerli müdafiəçi cəzalı durumdadırsa, yaponiyalı yarımmüdafiəçi «Turan Tovuz»la keçirlən ölkə kubokunun ¼ final mərhələsinin cavab matçında (0:2) zədələnib.
Qış fasiləsində «Neftçi»dən icarəyə götürülmüş asiyalı legioner Yevlaxdakı görüşün gedişində topuğundan xəsarət aldığından, 85-ci dəqiqədə Ümid Səmədovla əvəzlənib.
O, son məşqlərdə iştirak etməyib.
SPORTİNFO.AZ

