«Bəzilərinizin yerinə mən utanıram. Üzümüzü qara etməyə haqqınız çatmır ».
«Kəpəz»in baş məşqçisi Azər Bağırov ölkə kubokunda mübarizəni ¼ final mərhələsində dayandıran komandasının üzvləri ilə sərt danışıb.
O, «Turan Toauz»la Yevlaxdakı cavab matçının (0:2) ardından iclas keçirərək, qapıçı Yusif İmanov daxil, bir neçə futbolçunu «ağ yuyub, qara sərib».
Mütəxəssis onları cərimələmək fikrində olmadığını, bununla belə, göstərilən oyundan üzüldüyünü diqqətə çatdırıb.
Bağırov standart vəziyyətdən iki qol buraxan İmanovun onda pərişanlıq yaratdığını vurğulayıb, sabit çıxış etmədiyini deyib.
Çalışdırıcı qeyd edib ki, etimadı doğrultmayanlar tezliklə ehtiyat skamyada yer alacaq.
Gəncə təmsilçisi «Turan Tovuz»lai lk görüşdə 0:1 hesabıyla uduzub. Həlledici qarşılaşmada da məğlubiyyətzlə üzləşən «sarı-göylər» indi bütün ümidlərini Premyer Liqada bağlayıb.
22 tura 16 xal toplayan və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan komandanın tək hədəfi elitada qalmaqdır.
SPORTİNFO.AZ

