Baş məşqçidən tələb etdilər: “Komandanı buraya gətir!” - VİDEO

20:20 Kəpəz 161
Baş məşqçidən tələb etdilər: “Komandanı buraya gətir!” - VİDEO

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Kəpəz” Yelaxda “Turan Tovuz”u qəbul edib - 0:2.

Nominal meydan sahiblərinin ilk hissənin gedişində qapısında top gprməsi gəncəli azarkeşləri özündən çıxarıb.

Birinci yarının sonlarına yaxın fanatlar “Kəpəz”in baş məşqçisi Azər Bağırova səslənib:

“Azər, komandan niyə oynamır?”

Cavid Cəlilovun ilk hissənin başa çatdığını bildirən fitindən sonra azarkeşlər Bağırova tələbdə bulunub:

“Azər, “Kəpəz”i buraya gətir!”

Tribunalardan eşidilən şüarlara baxmayaraq, “Kəpəz”in məşqçilər heyəti və futbolçular səssiz şəkildə paltardəyişmə otağına yollanıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti