“Dəvət etdi, mən də kömək etmək üçün ora getdim”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Kəpəz”in qış transferi Rəhman Hacıyev deyib.
Mövsümün ilk yarısını I Liqada - ”Səbail”də keçirən yarımmüdafiəçi bu ilin yanvarında Premyer Liqaya dönüb.
”Bakı”nın yetirməsi həmin vaxt elita klublarının təkliflərinə yox, aşağı dəstəyə gedişini bu cür izah edib:
"Səbail"in o dönəm baş məşqçisi olmuş Elvin Məmmədovla yaxşı münasibətlərimiz var. Uzun illərdir onu tanıyıram.
Təəssüf ki, elə oldu, mövsümə yaxşı başlaya bilmədik. Bəzi oyunlarda xallar itirdik, bir az geri düşdük, mən də ayrılmaq məcburiyyətdə qaldım.
Yenidən Premyer Liqaya qayıtdığım üçün indi sevincliyəm”.

