Azərbaycana qayıtmaqdan imtina edən müdafiəçi hansı kluba keçir?

2 Mart 23:20 Kəpəz 190
Azərbaycana qayıtmaqdan imtina edən müdafiəçi hansı kluba keçir?

“Kəpəz”in müdafiəçisi Cefferson Bentu karyerasını ölkəsi Braziliyada davam etdirmək qərarına gəlib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Avai” ilə danışıqlara başlayıb.

Halbuki Portuqaliyanın “Portimonense” klubuna məxsus olan oyunçu mövsümün əvvəlində birillik “Kəpəz”ə icarəyə verilib.

Lakin qış fasiləsində ölkəsinə yollanan Cefferson Azərbaycana qayıtmayıb. Mövsümün sonuna qədər icarə müqaviləsi qüvvədə olduğundan, Gəncə klubu ondan FIFA-ya rəsmi şikayət ünvanlayıb.

Futbolçunun “Avai” ilə danışıqları, demək olar ki, müsbət yekunlaşıb. O, hətta B Seriyası komandasında məşqlərə də qoşulub. Klub tezliklə onunla rəsmi müqavilə imzalamağa hazırlaşır.

Cefferson Bentu “Kəpəz”in heyətində bu mövsüm 16 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti