Gəncədə bıçaqlanan oyunçunun bərpa müddəti yubanır

03:20 Kəpəz 100
Gəncədə bıçaqlanan oyunçunun bərpa müddəti yubanır

"Kəpəz"in bir müddət əvvəl bıçaqlanan futbolçusu Veysəl Rzayev martın sonlarında məşqlərə başlaya biləcək.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, oyunçunun bərpa müddəti yubanır.

Onun Gəncə təmsilçisindəki taleyi ilə bağlı da qərar verilməyib. V.Rzayev məşqlərə qayıdandan sonra onun komandadakı taleyi bəlli olacaq.

Baş məşqçi Azər Bağırov futbolçunun taleyinə "Sabah"la oyundan sonra aydınlıq gələcəyini bildirsə də, həkimlərin son rəyi planları dəyişib.

"Kəpəz" Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi.

Futbolçu hazırda ev şəraitində müalicəsini davam etdirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında