Bölgə klubunu aydınlığa çıxaran adam - Ona nə qədər təşəkkür etsəniz də…

1 Mart 23:20 Kəpəz 198
Bölgə klubunu aydınlığa çıxaran adam - Ona nə qədər təşəkkür etsəniz də…

Azər Bağırova gəncəli azarkeşlər nə qədər minnətdar olsa azdı.

Əgər dünəni unutmayıblarsa...

Həm ötən mövsüm, həm də bu sezon təcrübəli mütəxəssis kluba elə bir vaxtda gəldi ki...

Hər yer xaos saçırdı. Bəlkə də fanatlar Birinci Liqanın planlarını qururdu.

Bağırov bu cür şərtlər altında Gəncədən gələn təklifə "yox" demədi.

Yaxşı xatırlayıram ötən mövsüm bu qərarından sonra onun həmkarlarından biri "Azər hansı ağılla bugünkü "Kəpəz"ə getdi" sualını mənə vermişdi.

Haqlı, yerində verilən ritorik sual idi.

Nə ötən mövsümki, nə də bu mövsümkü "Kəpəz"ə getmək ilk baxışdan doğru qərar hesab edilə bilməz.

Bağırova bacarığına inanıb, qaranlıq tuneldə irəliləmək qərarı verdi.

Hər iki halda da işığı tapıb, "Kəpəz"i aydınlığa çıxara bildi.

Özünün qurmadığı heyətlə.

Nə pulu bəhanə etdi, nə ona qədər gətirilmiş keyfiyyətsiz legionerləri, nə də kasad heyəti. Hələ heç kimə lazım olmayan bəzi yerliləri demirəm.

"Kəpəz" camiəsi indidən ona minnətdar ola bilər.

Bu qədər problem, təzyiq, yersiz tənqid fonunda əla iş çıxaran adama siz bir də normal şərtlər təklif etsəniz, görün, nələr edər.

İlk fürsətdə mütləq yoxlayın...

Sizə yox, bu adama heyfdir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında