Braziliyalının Azərbaycana qayıtmaqdan imtinasının ŞOK SƏBƏBİ!

19:00 Kəpəz 590
Braziliyalının Azərbaycana qayıtmaqdan imtinasının ŞOK SƏBƏBİ!

Jefferson Bentunun "Kəpəz"ə qayıtmaqdan imtina etməsi səbəbsiz deyilmiş.

Saytımız Azərbaycana qayıtmayan braziliyalının verdiyi şok qərarın pərdəarxası motivini öyrənib.

Redaksiyamıza məlum olub ki, Gəncə təmsilçisinin əvvəlki yönətimi onu aldadıb.

Onlar "sambaçı"ya Bakıda yaşayacağına dair vəd verib. Müdafiəçiyə təklif göndərilən zaman ona bildirilib ki, komanda əsasən paytaxtda məskunlaşacaq.

Bentuya Gəncəyə köçlə bağlı heç nə deyilməyib. Cənubi amerikalı da məhz həmin vədi əldə bayraq tutaraq, ölkəsindən geri dönməkdən boyun qaçırır.

Başqa sözlə, Jefferson Gəncədə məskunlaşmaq istəmir, buranı özü üçün darıxdırıcı məkan sayır.

"Kəpəz" isə artıq FİFA-ya müraciət edib.

Gəncə klubu dekabrın üçüncü yarısında ölkəsinə yola saldığı legionerdən şikayətçidir.

"Sarı-göylər" Azərbaycana qayıtmaqdan imtina edən braziliyalı müdafiəçinin cəzalandırılmasını tələb etməklə yanaşı, onun kompensasiya ödəmsəsini istəyib.

"Kəpəz" məktubda göstərib ki, ötən miüddət ərzində legionerlə dəfələrlə əlaqə saxlanılıb, geri dönməsi üçün danışıqlar aparılıb, lakin qarşı tərəf heç bir səbəb göstərmədən problemin həllindən yayınıb.

22 yaşlı cənubi amerikalı son olaraq "Portimonense"də çıxış edib. O, Portuqaliyanın ikinci liqa klubundan 1 illik icarəyə götürülüb.

"Kəpəz" 193 sm boya malik "sambaçı"nın hərəkəti barədə "Portimonense"ni də məlumatlandırdığını FİFA-nın diqqətinə çatdırıb.

Məktubda qeyd olunub ki, Portuqaliya klubu Jeffersonu Azərbaycana qaytarmaq yolunda konkret cəhd göstərməyib.

Сənubi amerikalı son olaraq "Portimonense"də çıxış edib. O, Portuqaliyanın ikinci liqa klubundan 1 illik icarəyə götürülüb.

193 sm boya malik "sambaçı" daha əvvəl vətənində "Botafoqo"da da forma geyinib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti