Bu şəhər Premyer Liqa oyunlarını nə vaxt qəbul edəcək?

02:10 Kəpəz 74
Bu şəhər Premyer Liqa oyunlarını nə vaxt qəbul edəcək?

Gəncə stadionunun ot örtüyümüm aprel ayına qədər hazır vəziyyətə gətirilməsi planlaşdırılır.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev məlumat verib.

O, işlərin plana uyğun şəkildə davam etdiyini söyləyib:

"Meydanın ot örtüyünün qurulması layihəsi ardıcıllığa uyğun davam etdirilir.

Drenaj və isitmə xətlərinin çəkilməsi, çınqıl-qum qarışığı ilə bərkitmə və digər işlərin icrası davam etdirilir. Stadionun aprel ayına qədər hazır vəziyyətə gətirilməsi planlaşdırılır".

Gəncə stadionunda ev oyunlarını keçirməyi planlaşdıran "Kəpəz" də tez zamanda doğma arenaya qayıtmağı hədəfləyir.

Klubun İdrə Heyətinin üzvü Fərman Əlizadə bildirib ki, komandanın ev oyunlarını doğma meydanda keçirməsi onlar üçün prioritetdir:

"Azarkeşlərimizin qarşısında çıxış etmək, onları sevindirmək ən başlıca istəklərimizdən biridir.

İnanırıq ki, komandamız doğma azarkeşlər önündə daha yaxşı nəticələr əldə edə bilər. Arena oyunları qəbul etməyə tam hazır olduqdan sonra biz qayıtmağa hazırıq".

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!