"Məğlubiyyət, hətta heç-heçə barədə düşünmürəm"

13:20 Kəpəz 106
"Məğlubiyyət, hətta heç-heçə barədə düşünmürəm"

Ötən tur “Karvan Yevlax”ı məğlub etməklə (2:1) turnir cədvəlinin sonuncu pilləsindən qurtulan “Kəpəz” növbəti çətin sınaq qarşısındadır.

“Sarı-göylər” cümə günü çempionatın sabit komandalarından biri olan “Zirə” ilə qarşılaşacaq.

Gəncəlilər ilk dövrədə “qartallar”a 0:5 hesablı yenilgini mütləq ki, unutmayıb. Üstəlik, oyun bölgədə, “Kəpəz”in “Karvan Yevlax”ı məğlub etdiyi stadionda baş tutacaq.

Qərb təmsilçisinin əsas heyət üzvlərindən olan Olavale Onanuqa uğurlu çıxışın davamını gətirmək istədiklərini gizlətməyib.

Nigeriyalı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında qələbədəm söz açıb:

“Məqsədimiz “Zirə”ni udmaqdır. İnşallah, növbəti qalibiyyət üçün çalışacağıq.

Məğlubiyyət, hətta heç-heçə barədə düşünmürəm. Var gücümüzü ortaya qoymaqla 3 xal uğrunda mübarizə aparacağıq”.

Noyabrın 28-də Yevlax şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 14:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!