“Kəpəz”də pul problemi yoxdur.
Buna əmin olmağınız üçün nigeriyalı legionerin saytımıza dediklərini oxumağınız kifayət edir.
Olavale Onanuqa “Karvan Yevlax”la qarşılaşmadan sonra Sportinfo.az-ın klubda maliyyə sıxıntısı ilə bağlı sualını bu cür cavablandırıb:
“Məlumatı hardan əldə etdiyinizi bilmirəm. Klubun içində olan biri kimi deyə bilərəm ki, heç bir sıxıntıdan, yaxud gecikmədən söhbət gedə bilməz. Hər şey yaxşıdır, hər şey əladır.
Maaşlar verilməsəydi, komandada bu cür istək, motivasiya olardı? Rəhbərlik verdiyi sözü tutur, biz də meydanda üzərimizə düşəni edirik. Zərrə qədər də problem yoxdur”.
Maraq üçün bildirək ki, tanınmış iş adamı Adnan Əhmədzadənin saxlanılmasından sonra “Kəpəz”də məvaciblərin verilməməsi ilə bağlı xəbər yayılmışdı.
Xəbərin ortaya çıxamasına səbəb isə kluba sponsorluq edən şirkətin birbaşa Əhmədzadənin himayənsində olmasına görəydi.
HƏBİB

