Gileyindən qalmadı: “Bir qədər problemlərimiz var”

03:30 Kəpəz 85
Gileyindən qalmadı: “Bir qədər problemlərimiz var”

Azərbaycan Premyer Liqasının 12-ci turunda “Karvan-Yevlax”a səfərdə 2:1 hesabı ilə qalib gələn “Kəpəz”in baş məşqçisi Azər Bağırov açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, qələbəni ad günü olan Ermənistanın Gəncəyə raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyevaya həsr etdiklərini bildirib:

“Yevlaxı böyük futbolun qayıtması münasibəti ilə təbrik edirəm. Qələbimizi hər iki valideynini itirən Nilaya həsr edirik. Bir neçə gün əvvəl ad günü idi.

Oyuna gəlincə, bizim üçün çox çətin oldu. Bilirdik ki, “Karvan-Yevlax” daha istəkli futbol nümayiş etdirəcək.

Səfərdə azarkeşlərin önündə oynamağın nə qədər çətin olduğunu da gördük. Buna görə onlara xüsusi təşəkkür düşür.

Maraqlı oyun oldu. Çoxlu qol epizodlarımız oldu. Təəssüf ki, imkanları reallaşdırmaqda bir qədər problemlərimiz var”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 17:50 Çək və bizə göndər!
21 Noyabr 08:30 Elçinin nə problemi var?