Böyük futbolun qayıtdığı rayonun stadionunda baş verənlər bu VİDEOda

19:20 Kəpəz 88
Böyük futbolun qayıtdığı rayonun stadionunda baş verənlər bu VİDEOda

Premyer Liqanın XII turunda "Kəpəz" səfərdə "Karvan-Yevlax"a qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan turun açılış matçında qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.

Hesabı "sarı-göylər"dən Luis Paçu açıb. O, 14-cü dəqiqədə başla dəqiq oynayıb. 31-ci dəqiqədə tablodakı rəqəmlər eyniləşib. Araz Abdullayev topu qapıçı Yusif İmanovun ayaqları arasından tora göndərib.

Gəncəlilərin qələbə topunu isə Rauf Hüseynli vurub. Müdafiəçi 76-cı dəqiqədə kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”