Azər Bağırovun “Kəpəz”ə qayıtmasına vasitəçilik edən əcnəbi söz verib ki…

18:00 Kəpəz 244
Azər Bağırovun “Kəpəz”ə qayıtmasına vasitəçilik edən əcnəbi söz verib ki…

«Kəpəz»in müdafiəçisi Dioqo Verdaşka məsuliyyəti öz üzərinə götürüb.

Necə?

Ötən mövsüm Azərbaycana gələn, iyunda Gəncə təmsilçisindən ayrılan, bir də sentyabrda geri dönən portuqaliyalı klub rəsmiləri qarşısında zamin dayanıb. Azər Bağırova dəstək nümayiş etdirib.

29 yaşlı arxa xətt oyunçusu Premyer Liqanın son 5 turunda qeydə alınan uğursuzluğa rəğmən, yoldaşlarının adından söz verib ki, komanda I Liqaya yuvarlanmayacaq.

O, xatırladıb ki, Bağırovun baş məşqçi postuna qayıtmasının təşəbbüskarı olub və indi də düzgün namizədin adını çəkməsinə şübhəsi yoxdur:

«Mən onu yaxşı tanıyıram. Adil Şükürovdan yaxşı məşqçidir. Bəlkə də siz bura xarici məşqçi gətirəcəkdiz, sağolun ki, mənim fikrimi soruşduz və Azər Bağırovu geri qaytardız.

Mən söz vermişəm ki, bu vəziyyətdən çıxacağıq. İki-üç transfer etsək, «Kəpəz» turnir cədvəlində təhlükəli zonadan uzaqlaşacaq.

Demək olar ki, hər gün futbolçularla danışıram, onların fikrini öyrənirəm. Bizə iki ardıcıl qələbə lazımdır ki, sürət götürək» - Verdaşka klubun funksionerləri ilə görüşündə bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti