Daha bir legioner klubdan ayrılmaq üçün rəhbərliyə “ağız açdı”

10:40 Kəpəz 272
Daha bir legioner klubdan ayrılmaq üçün rəhbərliyə “ağız açdı”

"Kəpəz” qarşıdakı günlərdə daha bir legionerlə yollarını ayıra bilər.

Cefferson Bentu Gəncə təmsilçisini tərk etmək niyyətindədir.

Braziliyalı müdafiəçisi bu fikirlə klub rəsmilərinin qapısını döyüb.

Yayda "sarı-göylər"lə ikiillik sözləşməyə imza atmış 22 yaşlı «sambaçı» burada özünü narahat hiss elədiyini deyib, sözləşməsinin ləğvini istəyib.

Nizami yurdunun təmsilçisi ötən günlərdə iki əcnəbi oyunçu ilə vidalaşıb.

Gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri və braziliyalı hücumçu Vitor Feijao ilə kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti