Zamin dayandı - İstədiyim transferləri edin, bu yeri sizə təhvil verim!

21:20 Kəpəz 876
Zamin dayandı - İstədiyim transferləri edin, bu yeri sizə təhvil verim!

«Kəpəz» ilk altı turdan sonra Adil Şükürovu göndərib,

Azər Bağırovu baş məşqçi postuna qaytarsa da, nəticələr hələ yaxşılaşmayıb.

Komanda köhnə-yeni çalışdırıcısının rəhbərliyi altında Premyer Liqada çıxdığı 5 matçın dördündə məğlubiyyətlə üzləşib və yalnız «Şamaxı»ya qalib gələ bilib.

Gəncə təmsilçisi bu üzdən turnir cədvəlinin «dib»inə yuvarlanıb. Pasivində 10 yenilgi olan «Kəpəz» 12-ci pillədə qərarlaşıb.

Göründüyü kimi, «sarı-göylər» heç cür uğursuzluq zolağından uzaqlaşa bilmir. Bununla belə, A.Bağırov yenə optimistdir.

Mütəxəssis klub idarəçiləri ilə görüşdə ümidverici danışıb. O, qış fasiləsində heyəti gücləndirərlərsə, çempionatda qalacaqlarını söyləyib.

Hətta bir qədər də uzağa gedərək, konkret vəd verib.

Qeyd edib ki, istədiyi transfer əməliyyatları həyata keçirilərsə, komanda mövsümü ən pis halda 9-cu pillədə başa vuracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti