"İddialı klublarda ehtiyatda oturmağı yox, oynamağı seçdim"

21:00 Kəpəz 188
"İddialı klublarda ehtiyatda oturmağı yox, oynamağı seçdim"

Fərid Nəbiyev bir vaxtlar ölkənin istedadlı gənclərindən sayılırdı.

"Qəbələ"ni yetirməsi göstərdiyi oyunla gələcəyə yaxşı ümid verirdi.

18 yaşında ölkə xaricinə üz tutması da bu ümidi bir xeyli artırmışdı.

Bir müddət Çexiyada, ardınca Gürcüstanda legioner həyatı yaşadı.

Amma uzun müddət Avropada qalması mümkün olmadı.

Təxminən 3 illik Avropa macerasından sonra vətənə qayıtdı.

Gözləmək olardı ki, zamanla burada iddialı klublarda çıxış edər, milli komandanın əsas üzvünə çevrilər.

Bunu bacaracaq potensialı vardı.

Amma təəssüf ki, arxada qalan müddətdə bu da baş tutmadı.

Hazırda 26 yaşı olan Fərid "Kəpəz"in formasını geyinir.

"Kəpəz"ə kimi isə "Turan Tovuz" və "Səbail" kimi iddiası böyük olmayan klublarda çıxış edib.

Maraqlıdır, gənclər millimizin sabiq üzvünün daha uğurlu karyera qurmasına nə mane oldu?

Niyə onu "Neftçi", "Qarabağ" kimi klublarda görmədik?

Sportinfo.az-a açıqlama verən Fərid maraqlı fikirlərlə diqqət çəkib:

"Açığı, iddialı klublardan təklif almışam. Amma mənim üçün ehtiyatda oturmaqdansa iddiası aşağı klublarda davamlı oynamaq daha vacib olub.

"Kəpəz" də çox böyük tarixi olan komandadır. Bəli, bugünkü durumu yaxşı olmaya bilər, amma buradakı azarkeş dəstəyini hiss etmək, onların qarşısında oynamaq mənim üçün çox xoşdur. Əvvəllər Gəncədə ev oyunları keçirəndə oyuna maraq, azarkeş dəstəyi tam fərqli olurdu. Yeni stadionumuz hazır olanda sonra rəqiblər də bunu çox yaxşı hiss edəcək. Gəncədən xalla qayıtmağın nə qədər çətin olduğunu görəcəklər.

Qarşıda hələ uzun zaman var. Bu gün əsas məqsədim komandama kömək etməkdir. İnşallah, mövsümün sonunda istədiyimiz yerlərdə olarıq.

Bizim üçün indiki şərtlərdə oynamaq çətindir. Hər həftə səfərdə oluruq. Bu məqamlar da istər-istəməz oyunumuza təsir edir.

İnşallah, öz performansımı da yavaş-yavaş qaldıracam. Bunu ancaq oynayaraq edə bilərəm, nəinki hardasa ehtiyatda oturmaqla yox".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti