Premyer Liqada 3 ardıcıl məğlubiyyət alan komandanı cərimələdilər

12 Noyabr 15:00 Kəpəz 1 697
Premyer Liqada 3 ardıcıl məğlubiyyət alan komandanı cərimələdilər

«Kəpəz»in Premyer Liqanın son 3 turunda məğlubiyyətləri sıralaması Azər Bağırovu sərt addım atmaq məcburiyyətində buraxıb.

Ötən ay «sarı-göylər»in sükanı arxasına qayıtmış mütəxəssis futbolçuları cərimələyib.

Baş məşqçi həmçinin nizam-intizam tədbirlərini sərtləşdirib. Bundan sonra istəksiz məşq edənlər və hazırlıq prosesinə gecikənlərin məvacibindən böyük miqdarda pul tutulacaq

Gəncə təmsilçisi çempionatın son 3 turunda «İmişli»yə 0:3, «Neftçi»yə 1:5 və «Sabah»a 1:3 hesabıyla yenilib.

Liqanın ilk 11 turunda cəmi 1 qələbə qazanmış «Kəpəz» hazırda 3 xalla turnir cədvəlinin 12-ci - sonuncu pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?