Xanımı burada uşaq dünyaya gətirmək istəmədi, müqavilə pozuldu - HADİSƏ

10 Noyabr 2025 16:00 Kəpəz 2 383
Xanımı burada uşaq dünyaya gətirmək istəmədi, müqavilə pozuldu - HADİSƏ

"Kəpəz"in Vitor Feijao ilə yolları ayırmasının səbəbi bilinib.

Getmək təşəbbüsü braziliyalı logionerin özündən gəlib.

Belə ki, o, ailəvi səbəblər üzündən Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Çünki tezliklə övlad sahibi olacaq.

Xanımı öncə körpəsini burada dünyaya gətirməyə razılaşsa da, sonra emosional daranaraq, Braziliyaya qayıtmağa təkid edib.

Odur ki, Gəncə təmsilçisi hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

29 yaşlı cənubi amerikalı mövsümün əvvəlində "Kəpəz"ə cəlb olunub. O, 9 çempionat oyununda 1 qol vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti