«Kəpəz» rəhbərliyi azarkeşləri bir araya gətirməyi lazım bilib.
Sabah bu məqsədlə toplantı keçiriləcək.
Gəncədə təşkil olunacaq yığıncağa bütün yerli fanklublar dəvət edilib. Həmçinin şəhərli yaşlı futbolsevərlərinin də bura qatılması gözlənilir.
Məqsəd tərəfdarları «Kəpəz» ətrafında daha da sıx birləşdirmək, eyni zamanda, onların komandayla bağlı fikirlərini dinləməkdir.
Klubun idarəçiləri fanatların hər hansı təklifini dinləməyə və dəyərləndirməyə hazırdır.
«Sarı-göylər» Premyer Liqanın ilk 10 turu ərzində 3 xal toplayıb. Doqquz məğlubiyyətlə üzləşmiş kollektiv turnir cədvəlinin son pilləsinə yuvarlanıb.
SPORTİNFO.AZ

