«Neftçi»nin iki yerli oyunçusu «Kəpəz»in qıh planlarına daxil olub.
Premyer Liqada qalmaq mücadiləsi verən Gəncə təmsilçisi «ağ-qaralar»dan Rza Cəfərovla Murad Məmmədovu icarəyə götürməyə hazırlaşır.
Artıq tərəflər arasında danışıqlar başlayıb.
«Sarı-göylər»in baş məşqçisi Azər Bağırov öz komandalarında özünü göstərmək imkanı olmayan gənclərə görə zəmanət dayanır - bura gələrlərsə, əsas heyətdə yer alacaqlar.
«Kəpəz» iki ay öncə «Neftçi»dən Rionosuke Ohorini icarəyə götürüb. Yaponiyalı yarımmüdafiəçi mövsümün sonunadək respublikanın ikinci ən böyük şəhərinin komandasının formasını geyinəcək.
SPORTİNFO.AZ

