Dünən kəskin danışdı, bu gün isə… “Onların da səhv etməsi mümkündür”

14:50 Kəpəz 308
Dünən kəskin danışdı, bu gün isə… “Onların da səhv etməsi mümkündür”

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 10-cu turunda "Neftçi" ilə matçdan (1:5) sonra mətbuat konfransında söylədiyi sərt fikirlərlə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.

Mütəxəssis emosiyalara qapıldığını etiraf edib.

A.Bağırov "Neftçi" ilə görüşdən sonra mətbuat konfransında hakim qərarlarından şikayətlənərək bu sözləri səsləndirmişdi:

“Hakimlik elə mövzudur ki, bugünkü gündə qarışıqlıqıdr. Bütün dünyada, xüsusən də Türkiyədə.

Çox şey danışmaq istəmirəm. Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir.

Qərarları verəndə fikirləşsinlər ki, kimlərinsə haqqına girməsinlər. Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir.

Yeni qaydalar var. Yəqin vaxt keçdikcə, biz də təcrübə toplayarıq.

Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək”.

O, klubun mətbuat xidmətinə açıqlamasında isə din mövzusuna toxunmağının doğru olmadığını bildirib:

"Son iki oyunda baş verən hadisələr fonunda bir qədər emosiyalara qapıldım. “İmişli” ilə görüşdə aldığımız qırmızı vərəqə, eləcə də bu oyunda verilən şübhəli 11 metrlik cərimə zərbəsi müəyyən narazılığa səbəb oldu.

Düşünürəm ki, din mövzusuna toxunmağım doğru deyildi. Hakimlər də insandır, onların da səhv etməsi mümkündür.

Futbol emosiyalar üzərində qurulan bir oyundur. Artıq hər şey geridə qalıb.

Qarşıdakı oyunlara köklənərək, çempionatda istədiyimiz nəticələri qazanmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti