Gəncə şəhər stadionunun rəsmi oyunları hələ də qəbul edə bilməməsi üzündən "Kəpəz" ev oyunlarını Qəbələdə keçirir.
Amma Qərb təmsilçisi burada da uzun müddət qalmaq fikrində deyil.
Artıq bölgə klubunun pənah aparacağı yeni ünvan da bizə məlum olub.
Söhbət Yevlax şəhər stadionundan gedir.
"Kəpəz" rəhbərliyi artıq indidən həm Peşəkar Futbol Liqasının, həm də "Karvan-Yevlax"ın rəsmiləri ilə şifahi razılıq əldə edib.
Qalır aran təmsilçisinin Yevlaxa köçməsi.
Ardınca "Kəpəz" Qəbələni bu şəhərə dəyişəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

