Bu gecə “Neftçi”ni udsalar, cibləri bir belə pulla dolacaq

10:40 Kəpəz 692
Bu gecə “Neftçi”ni udsalar, cibləri bir belə pulla dolacaq

«Kəpəz» bu gün Premyer Liqanın cari mövsümündə onuncu oyuna çıxacaq.

Gəncə təmsilçisi Bakıda «Neftçi»nin qonağı olacaq.

«Sarı-göylər» paytaxtdan 3 xalla dönərsə, futbolçularını maddi cəhətdən xeyli irəli salacaq.

Qələbə qarşılığında əsas heyət üzvlərinin hər birinə 3000-3500 manat mükafat ödəniləcək. Heç-şeçə müqabilində isə 1500 manat alacaqlar.

«Kəpəz» çempionatın geridə qalan hissəsində 3 xal əldə edib. Səkkiz məğlubiyyətlə üzləşmiş komanda hazırda turnir cədvəlinin son sırasında yerləşib.

Azər Bağırovun yenicə çalışdırmağa başladığı kollektiv yeganə qələbəni «Şamaxı» üzərində qazanıb. Səfərdə «şirlər»i 4:1 hesabıyla üstələməyin əvəzi olaraq 2500 manat qabağa düşüblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti