MARAQLI XƏBƏR - Onu komandanın sükanı arxasına qayıtmasına kimlər təkid edib?

31 Oktyabr 11:40 Kəpəz 1 402
MARAQLI XƏBƏR - Onu komandanın sükanı arxasına qayıtmasına kimlər təkid edib?

Azər Bağırovun kimlərin təkidi ilə «Kəpəz»in sükanı arxasına qaytarıldığı məlum olub.

Bu barədə redaksiyamıza komandanın futbolçularının özləri məlumat verib.

Onların sözlərinə görə, bu dönüşün təşəbbüskarı və tətikçisi Dioqo Verdaşkadır.

Sentyabrda Azərbaycana dönmüş və 1 illik yeni müqavilə imzalamış portuqaliyalı müdafiəçi Bağırovun təkrar işinin başına keçməsi üçün əl-qolunu çırmalayıb.

30 yaşlı legioner bu məqsədlə rəhbərliklə görüşüb və onlara təsir göstərib. Bildirib ki, oyunçuların əksəriyyəti Adil Şükürovla çalışmaq istəmir, Azər Bağırovu sükan arxasında görmək istəyir.

Verdaşka kollektivin adından vəd edib ki, o, gələndən sonra nəticələr düzələcək və Premyer Liqada qalmaq tapşırığı yerinə yetiriləcək.

Bağırov 3 oyundur ki, «Kəpəz»in başındadır.

Gəncə təmsilçisi bu müddətdə «Qarabağ»a 0:1, «İmişli»yə 0:3 hesabıyla uduzub. «Şamaxı»ya qalib gəlib 4:1. aktivində cəmi 3 xal olan «sarı-göylər» turnir cədvəlinin son pilləsində qalmaqda davam edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!