Baş məşqçinin ictimaiyyətə tanıtdığı uşaq kimin oğludur? - FOTO

28 Oktyabr 21:20 Kəpəz 413
Baş məşqçinin ictimaiyyətə tanıtdığı uşaq kimin oğludur? - FOTO

“Kəpəz”in baş məşqçisi Azər Bağırovun gündəmə gətirdiyi uşağın valideyninin kimliyi bilinib.

Aydın oldu yəqin: söhbət yenə Babəkdən gedir.

A.Bağırov Premyer Liqanın 8-ci turunun “Şamaxı” ilə səfər oyunundan (4:1) sonra ilk dəfə həmin balaca fanatın adını çəkmişdi.

Mövsümdə ilk dəfə 3 xal qazanan “sarı-göylər“in çalışdırıcısı demişdi:

“Bu qələbəni azarkeşlərimizə, xüsusən də, Babəkə həsr edirəm. Babək Gəncədən gələndə mənə demişdi ki, Azər müəllim, qələbə qazanacağıq.

Bu da mənə əlavə motivasiya oldu. Ona görə onu xüsusi vurğuladım”.

Azər Bağırovun adını çəkdiyi Babək kimin oğlu olsa yaxşıdır? Klubun mətbuat xidmətinin keçmiş rəhbəri Azad Mustafayevin.

Bağırov və Mustafayev yaxın dostdur. Bu münasibətlər 2024-cü ilin sentyabrından - birincinin ilk dəfə «Kəpəz»in sükanı arxasına keçməsindən sonra yaranıb.

Bağırov bu ilin iyununda iş yerini tərk etdi, Mustafayev də iki ay sonra ayrıldı.

Baş məşqçi dörd ay sonra geri qayıtdı, media mənsubu isə hələ hələ kənardadır, gözləyir…

SPORTİNFO.AZ

Dünəndən bəri Azərbaycana səs salan həmin o Babəkin FOTOsu

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi