Premyer Liqada ayaq sındıran: “Kaş ki...” – VİDEO+FOTO

09:00 Kəpəz 180
Premyer Liqada ayaq sındıran: “Kaş ki...” – VİDEO+FOTO

“Kəpəz”in qapıçısı Məmməd Hüseynov “İmişli” ilə oyunun 26-cı dəqiqəsində baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə şəxsi “Instagram” hesabında paylaşım edərək epizodun detallarına və qarşı tərəfə münasibətinə aydınlıq gətirib.

Onun sözlərinə görə, hadisə zamanı topa doğru qaçarkən sol baldır əzələsi yırtıldığı üçün tam nəzarəti itirib və nəticədə toqquşmadan qaça bilməyib:

“Əzələm yırtıldıqdan sonra kəskin ağrı altında idim və o an tamamilə nəzarəti itirdim. Özümü dayandıra bilmədim, topa düzgün müdaxilə etmək də mümkün olmadı.

Həmin anda çəkilən fotoda üz ifadəmdəki ağrı və çarəsizliyi aydın şəkildə görmək olar”.

Məmməd Hüseynov həmkarı Vüsal Qənbarovla dostluq münasibətlərinin olduğunu bildirib və hadisənin qəsdən baş vermədiyini vurğulayıb.

“Heç kim karyerasını riskə ataraq bilərəkdən belə bir müdaxilə etməz.

Mənim Vüsalla dostluğum var və heç vaxt istəməzdim ki, belə bir hadisə baş versin. Sadəcə, əzələm yırtıldığı üçün bunu önləməyə imkanım olmadı”.

Qapıçı həmkarına şəfa arzulayıb və həm komanda yoldaşlarından, həm də azarkeşlərdən üzr istəyib:

“Vüsal Qənbarova Allahdan şəfa diləyirəm və ən qısa zamanda güclü şəkildə meydana qayıtmasını arzulayıram.

Komandamı meydanda tək qoyduğum və məğlubiyyətimizdə payım olduğuna görə bütün komanda yoldaşlarımdan və azarkeşlərimizdən üzr istəyirəm.

Kaş ki, bütün bunlar heç baş verməsəydi”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi