Premyer Liqada üçüncü komanda - Onlar da var

28 Oktyabr 2025 02:50 Kəpəz 1 296
Premyer Liqada üçüncü komanda - Onlar da var

“Kəpəz” Premyer Liqanın 9-cu turunda “İmişli” ilə ev görüşündə 0:3 hesabı ilə uduzub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Gəncə klubunun Premyer Liqada öz meydanında aldığı 20-ci böyükhesablı yenilgidir.

Qərb təmsilçisi evdə 20 və daha çox görüşdə ən azı 3 top fərqi ilə uduzan 3-cü komandadır. Yalnız MOİK və “Sumqayıt” daha çox ağır məğlubiyyətə üzülüb.

“Kəpəz”in evdəki ilk böyükhesablı məğlubiyyəti 2001-ci il martın 12-də “Şəmkir”lə qarşılaşmaya təsadüf edib – 0:3.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti