"Neftçi"dən ayrılan yapon, görün, nə xəyal edir: “İstəyirəm ki...”

00:40 Kəpəz 155
"Neftçi"dən ayrılan yapon, görün, nə xəyal edir: “İstəyirəm ki...”

"Kəpəz" Premyer Liqanın 9-cu turunda Qəbələ şəhər stadionunda "İmişli"yə 0:3 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Rionosuke Ohori bu haqda açıqlama verib.

Yaponiyalı legioner qapıçı Məmməd Hüseynovun qırmızı vərəqə gördüyü epizodu şərh edib:

"Oyuna normal başlamışdıq, amma aldığımız qırmızı vərəqə bütün situasiyanı dəyişdi. Bundan sonra geridönüş edə bilmədik və qapımızda qollar gördük.

Orda oyundan kənar vəziyyət var idisə, qırmızı vərəqə verilməməli idi. Vəziyyəti biz də tam olaraq anlaya bilmədik.

Hakimdən soruşduqda isə bizə cavab vermədi".

Ohori növbəti turda qarşılaşacaqları "Neftçi" ilə oyun barədə də fikirlərini bildirib. Müqavilə ilə "ağ-qaralar"a məxsus olan 24 yaşlı oyunçu həmin matçın onun üçün xüsusi əhəmiyyətinin olduğunu deyib:

"Bu qarşılaşmanın mənim üçün xüsusi əhəmiyyəti olacaq. "Neftçi"dən ayrılmışam. Hazırda "Kəpəz"in formasını geyinirəm.

Bu qarşılaşmada qol vurmaq, məhsuldar ötürmə etmək istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR